Pitbullun hücumuna məruz qalan gənc qadını xilas edən aşpaz sosial şəbəkədə qəhrəman olub.
Medianews.az xəbər verir ki, xaricdə çəkilən görüntülərdə gənc qadını ayağından tutan pitbull iti dəqiqələrlə dişlədiyi qadını buraxmayıb.
Kömək etməyə gələn aşpazın qadını xilas etmə taktikası gündəm yaradıb. Kişi arxadan pitbulun boğazını qucaqlayaraq onun boğazını sıxıb və qadını xilas etməyi bacarıb. Gənc qadını buraxan it qısa müddətlik huşunu itirib, daha sonra hadisə yerindən qaçıb.
Qeyd edək ki, pitbull itlərinin bir çox ölkədə saxlanması və bəslənməsi qadağandır.
Medianews.az