“Soçidə maraqlı danışıqlar aparılacaq, amma mümkün nəticələrlə bağlı intriqa davam edir”.
Medianews.az xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev bildirib. Onun sözlərinə görə, Rusiyanın təklifləri ilə bağlı mübahisəli məsələlər qalır.
“Söhbət ondan gedir ki, Rusiya Cənubi Qafqazda danışıqlar aparan eksklüziv oyunçu deyil. İrəvan və Bakı Rusiya tərəfindən irəli sürülən prinsiplərlə razılaşması vacibdir”, – deyə Areşev bildirib.
O, Rusiya prezidentinin Valday klubundakı bəyanatını xatırladaraq bildirib ki, əgər Ermənistanda “Vaşinqton variantı” ilə razılaşsalar, Rusiya İrəvanın mövqeyini qəbul edəcək.
Ekspert qeyd edib ki, Azərbaycan ilkin tələblərinin reallaşdırılması baxımından Ermənistan hakimiyyətinə güc və siyasi-diplomatik yolla təsir göstərməyə çalışır. İrəvan öz növbəsində Azərbaycanın münaqişənin həlli üçün irəli sürdüy 5 prinsipə qarşı “əks həmlə” etməyə çalışır. Bu da əsasən xarici oyunçular – Fransa və qismən ABŞ-ı bölgəyə cəlb etmək cəhdləri ilə bağlıdır.
“Bu oyun nə qədər uğurlu olacaq və Ermənistan hakimiyyəti uduzacağı halda necə olacağı ilə bağlı suallar açıq qalır. Hər halda bu oyun olduqca risklidir. Düşünürəm ki, qlobal problemlər fonunda nə ABŞ, nə də Fransa Ermənistan-Azərbaycan münaqişəsi məsələsinə çox yaxın olmaq niyyətində deyillər”, – deyə Areşev bildirib.
Onun sözlərinə görə, Paris və Vaşinqtondakı siyasi elita müəyyən bir sənədin imzalanmasına kömək edə bilər. Ancaq bundan sonra nə olacağı hələ bəlli deyil.
Ekspert həmçinin Aİ missiyasının Ermənistanda fəaliyyətə başlaması ilə bağlı məsələyə toxunaraq deyib ki, belə bir missiya ideyası bir iləvvəl Litva, Moldova və Avstriyanın xarici işlər nazirləri tərəfindən təklif edilmişdi. Onun sözlərinə görə, missiyanın səlahiyyətləri, habelə hüquqi statusu tam aydın deyil.
Zəfər