Hindistanın Savrkundla əyalətində dəhşətli hadisə yaşanıb.
Mediaews.az xəbər verir ki, 3 yaşlı uşaq şir tərəfindən qaçırılıb.
Valideynlərinin bütün cəhdlərinə baxmayaraq uşağı qaçıran şir onu parçalayıb. Axtarış-xilasetmə işləri zamanı Nitin Rakeshbhai Mehda adlı 3 yaşlı uşağın başı və ayaqları tapılıb.
Başı və ayaqları tapıldıqdan sonra axtarışları artıran səlahiyyətlilər, 3 yaşlı uşağın qollarının və digər hissələrinin tapılmadığını bildirib. Bu vəziyyətin balaca uşağın aslan tərəfindən yeyilməsinə işarə olduğu bildirilib.
Xilasetmə qrupları belə halların təkrar yaşanmaması üçün aslan hücumlarına qarşı bölgədə tələlər qurduqlarını bildiriblər.
Sözügedən dəhşətli hadisə dünya mətbuatında da geniş müzakirələrə yol açıb.
Mediaews.az