Ötən gün Somalinin paytaxtı Moqadişoda törədilən partlayışlarda 100-dən çox adam ölüb, ən azı 300 nəfər yaralanıb.
Hadisə yerində araşdırma aparan prezident Həsən Şeyx Mahmud terror hücumlarında ən azı 100 nəfərin öldüyünü, 300-dən çox adamın isə yaralandığını bildirib.
Moqadişudakı xəstəxanalar təcili qan donorluğuna çağırıblar.
Polisin verdiyi açıqlamaya görə, ilk partlayışdan sonra jurnalistlər, tibb işçiləri və polisin hadisə yerinə gəlişindən sonra ikinci partlayış baş verib.
Ölənlərin əksəriyyəti ikinci partlayış nəticəsində dünyasını dəyişib.
2017-ci ildə Afrika Buynuzu ölkələrində eyni bölgədə törədilən ən böyük terror hücumunda 600-dən çox insan həlak olmuş, 1000-dən çox insan yaralanmışdı.
Medianews.az