Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçak ilk dəfə ölkədən qaçmasına münasibət bildirib.
Axşam.az xəbər verir ki, bununla bağlı aparıcı “Кровавая барыня” teleqram kanalında paylaşım edib. O paylaşımını səhər şousunda jurnalistlər Aleksandr Plyuşşev və Tatyana Felgenhauer yaydıqları məlumatlara görə etdiyini deyib. Aparıcı bildirib ki, tez-tez sosial şəbəkələrə daxil ola bilmir və fikri əlaqəsi kəsildiyi ailəsi, dostları və işçiləri ilədir:
“İndi məni və komandamı təqib etməkdə böyük məmnuniyyətlə iştirak edən şəxslərə bircə sualım var: cənablar, nifrət etdiyiniz insanlardan nə ilə fərqlənirsiniz? Bəlkə heç nə? İki gənc oğlanı (Sobçakın kommersiya direktoru Kirill Suxanova və “Tatler” qəzetinin keçmiş baş redaktoru Arian Romanovski) 15 il müddətinə həbs edə bilərlər. Bu fonda ağıl, fərziyyə, sui-qəsd nəzəriyyələri, açıq yalanlarla yarışmağınız normaldırmı?”
Sobçak Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent elan edilən aparıcılar Aleksandr və Tatyananın onu yalançılıqda ittiham etdikləri efirdə iki (səsvermə və anası Lyudmila Narusovanın Federasiya Şurasının senatoru vəzifəsindən istefa edəcəyi ilə bağlı) saxta məlumat təqdim etdiklərini vurğulayıb.
“Heç kimin partiyasında olmadığım üçün hamınız mənə nifrət edirsiniz. Məni parçalamaq sizə necə də xoş gəlir. Bəli, çətinlik çəkirəm. Görünür, böyük bəladayam” deyə, Sobçak sonda yazıb.
Qeyd edək ki, aparıcı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin “b” bəndi ( külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir. Sobçakın 15 ilə qədər həbsi nəzərdə tutulur.
Litvanın Dövlət Təhlükəsizlik Departamentinin direktoru Darius Yaunişkis Sobçakın Litvaya İsrail pasportu ilə daxil olduğunu təsdiqləyib. Rusiyalı teleaparıcı Tina Kandelaki də həmkarının İsrail vətəndaşlığına malik olduğunu təsdiqləyən sənədlərini dərc edib. Bəlli olub ki, Sobçak bu il sentyabrın 20-də İsrail pasportu alıb. O, bu ilin 28 martından isə mühacir statusuna malikdir.
Həmçinin, xarici vətəndaşlıqla məlumatı Rusiya Daxili İşlər Nazirliyinə bildirmədiyi üçün onu 200 min rubla qədər cərimələnmə və ya 400 saat islah işləri gözləyir.