Finlandiyanın baş naziri Sanna Marin bəyan edib ki, Türkiyə və Macarıstanın ölkələrinin NATO-ya üzvlüyünü nə vaxt ratifikasiya edəcəklərini proqnozlaşdırmaq mümkün deyil.
YLE-nin xəbərinə görə, Baş nazir Marin Yle TV1-də iştirak etdiyi proqramda ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı qiymətləndirmələr edib.
Türkiyə və Macarıstanın ölkələrinin NATO üzvlüyünü nə vaxt təsdiqləyəcəklərini təxmin etmək mümkün olmadığını deyən Marin, “Təbii ki, bu mövzuda işlərin sürətlə irəliləyəcəyini ümid edirik” deyib.
Marin NATO bazalarının və nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsi variantları barədə də açıqlamalar verib.
“Söhbət daimi bazalardan və ya nüvə silahlarından gedirsə, məncə, bu cür ilkin şərtlər qoymamağımız və ya manevr imkanlarımızı məhdudlaşdırmamağımız çox vacibdir” deyə vurğulayıb. Daha sonra əlavə edib ki, o, nüvə silahlarının Finlandiya torpaqlarında yerləşdirilməsinin çətin olduğuna inanır.
Nəzrin Vüsal
Medianews.az