“Lufthansa” şirkətinin Tehrandan Frankfurta uçan təyyarəsində meyit aşkarlanıb.
APA-nın “Figaro”ya istinadla xəbərinə görə, texniki qulluq zamanı təyyarənin şassisində kişi meyiti aşkar edilib. Meyitin üzərində oksigen balonu və maska da olub. Polis hadisəni araşdırır.