İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) İngiltərədə Kovid-19-un iki yeni variantının aşkar edildiyini açıqladı. Variantlara qarşı ən yaxşı müdafiənin Kovid-19-a qarşı hazırlanmış vaksinlər olduğu da vurğulanıb.
Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) verdiyi açıqlamada, Omicron variantının bir çox alt versiyalarının İngiltərədə yayıldığı bildirilib. Açıqlamada, gələcək tədqiqatlar üçün Kovid-19 virusunun Omicron variantının alt versiyasına BQ.1 və XBB adlarının verildiyi bildirilib. BQ.1 və XBB alt versiyasının toxunulmazlıqdan yayınmaq üçün çox yüksək potensiala malik olduğu paylaşılıb, lakin variantlar narahatlıq doğuran növ kimi müəyyən edilməyib.
UKHSA rəsmisi Dr. Meera Çand deyib: “SARS-CoV-2-nin yeni variantlarının ortaya çıxması gözlənilməz deyil. BQ.1 və XBB variantları narahatlıq doğuran növ kimi müəyyən edilməyib. UKHSA həmişə olduğu kimi vəziyyəti diqqətlə izləyir.”
Variantlara qarşı ən yaxşı müdafiənin Kovid-19-a qarşı hazırlanmış peyvəndlər olduğunu vurğulayan Çand hər kəsi bütün peyvəndlərini almağa çağırıb. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) oktyabrın 21-də məlumat verdi ki, BQ.1 alt versiyası noyabrın ortalarından dekabrın əvvəlinə kimi Avropada dominant ştamm olacaq.
Mərkəzdən verilən açıqlamada BQ.1 variantının ən çox tirajı olan ölkələrin yüzdə 19 ilə Fransa, yüzdə 9 ilə Belçika, 7 faiz ilə İrlandiya, yüzdə 6 Hollandiya və 5 faizlə İtaliya olduğu bildirilib.
Nəzrin Vüsal
Medianews.az