ABŞ-ın nüvə enerjisi şirkəti Westinghouse 2026-cı ildə Polşada atom elektrik stansiyasının tikintisinə başlayacaq. Elektrik stansiyasının 2033-cü ildə istismara verilməsi gözlənilir.
ABŞ Westinghouse Polşada atom elektrik stansiyası tikəcək.
ABŞ-ın nüvə enerjisi şirkəti Westinghouse Polşada atom elektrik stansiyası tikəcək. Tikintisinə 2026-cı ildə başlanacaq elektrik stansiyasının ilk reaktorunun 2033-cü ildə işə salınması planlaşdırılır.
Polşanın baş naziri Mateusz Morawiecki, Polşanın ilk atom elektrik stansiyasının tikintisi üçün ABŞ-ın nüvə enerjisi şirkəti Westinghouse-u seçdiklərini açıqladı. “Güclü Polşa-ABŞ ittifaqı birgə müəssisələrin müvəffəqiyyətinə zəmanət verir”, – Baş nazir Mateusz Morawiecki sosial media hesabındakı paylaşımında bildirib. Morawiecki bildirib ki, qərar çərşənbə günü, noyabrın 2-də Nazirlər Şurası tərəfindən rəsmi olaraq təsdiqlənəcək.
Polşa hökuməti Polşanın Nüvə Enerjisi proqramı çərçivəsində ölkədə 6-9 giqavat elektrik enerjisi istehsal edəcək atom elektrik stansiyalarının tikintisinə 40 milyard dollar xərcləyəcək. Westinghouse enerji şirkətinin ölkənin şimalındakı Pomeraniya Voyavodalığının Lubiatowo-Kopalino kəndi yaxınlığında inşa edəcəyi atom elektrik stansiyasının tikintisinə 2026-cı ildə başlanacaq.
ABŞ firmasından başqa Fransanın EDP və Cənubi Koreyanın KNHP firması da Polşaya atom elektrik stansiyasının tikintisi üçün təkliflər təqdim edib.
Nəzrin Vüsal
Medianews.az