Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində Rusiyanın hava zərbələri ilə bağlı məlumat verib.
Medianews.az -ın məlumatına görə, Zelenski bildirib ki, iki gün ərzində Rusiya 30-dan çox pilotsuz təyyarə hücumu həyata keçirib, 23 Şahed pilotsuz təyyarəsini vurub.
“Həmçinin, Kh-59 idarə olunan hava raketi, iki Ka-52 hücum helikopteri və bir Su-25 hücum təyyarəsi məhv edilib. Ümumilikdə bu müddət ərzində (müharibə zamanı) Rusiya 4500 raket zərbəsi və 8000-dən çox hava zərbəsi endirib. Amma döyüşə davam edirik, daha çox hücumların qarşısını alacağıq”, deyə Ukrayna lideri əlavə edib.