“Rusiya BMT Təhlükəsizlik Şurasında Ermənistanla bağlı məsələ qaldırmaması məni çox mütəəssir edir”.
Medianews.az xəbər verir ki, bu fikirləri erməni politoloq Andranik Miqranyan deyib. O, Rusiyanı tənqid edərək bildirib ki, fransızlar dəstək olurlar, Ermənistanla müttəfiq olmayan bir amerikalı danışır, amma Rusiya nümayəndəsi ağzına su alıb oturub: “Bunun nəticəsi olaraq Avropa müşahidəçilər göndərir. Rusiya televiziyasında isə “guya ekspertlər Nensi Pelosinin səfərindən danışırlar ki, o, heç nə başa düşmür” şousunu yaradırlar.
Hesab edirəm ki, Rusiyanın bu məsələ ilə bağlı aydın mövqeyi olmalıdır”.
Zəfər
Medianews.az