Türkiyənin Adana şəhərində səyyar şəkildə tərəvəz satan şəxsin polis tərəfindən döyülməs gündəm olub.
Medianews.az xəbər verir ki, əldə edilən məlumata görə, hadisə Adananın Seyhan rayonunda baş verib.
İddiaya görə, səki kənarında tərəvəz satan vətəndaşa ilk öncə Seyhan Bələdiyyəsi polisi tərəfindən xəbərdarlıq edilib.
Dolanışığını tərəvəz satmaqla təmin etdiyini bildirən satıcılar məhsullarını həmin ərazidən yığışdırmaq istəməyiblər. Bu səbəbdən də polislə satıcı arasında mübahisə yaranıb. Mübahisə qısa zamanda davaya çevrilib. Polis əməkdaşı mübahisə etdiyi satıcını vurub. Satıcı zərbənin təsirindən yerə yıxılıb. Həmin anlar ərazidəki vətəndaşların mobil telefonu ilə lent alınıb.
Medianews.az