Cümə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə hücum olub.
BAKU.WS xəbər verir ki, bu barədə Nensi Pelosinin rəsmi saytında bildirilib. Onun əri Pola hücum edilib.
“Bu gün səhər tezdən Pelosinin San-Fransiskodakı iqamətgahına cinayətkar soxulub və cənab Pelosiyə vəhşicəsinə hücum edib”, – deyə qeyd edilib.
Hücum edənin həbs olunduğu bildirilir. Həmin an Nümayəndələr Palatasının sədri evdə olmayıb.