“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask “Twitter”i alıb.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib.
Qeyd edək ki, bu gün Maskın “Twitter”in binasına maraqlı girişi diqqət çəkmişdi. Milyarder əlində əlüzyuyanla binaya daxil olmuşdu.
Bundan başqa iş adamının rəsmi hesabında “Twitterin rəhbəri” deyə, yazılması onun platformanı rəsmi şəkildə alması kimi qəbul edilmişdi.
Onun sosial şəbəkəni almaq üçün nə qədər pul ödədiyi isə hələlik bəlli deyil.