Nigeriyada 31 yaşlı ata ağlayan və yuxusunu pozan 2 aylıq körpənin qolunu sındırıb.
Medianews.az xəbər verir ki, hadisə Nigeriyanın İmo əyalətində aş verib.
Çoxlu borcu olduğu bildirilən və psixologiyası yerində olmayan şəxsin törətdiyi əməl sosial mediada geniş müzakirələrə yol açıb. Gənc atanın vəhşiliyi 2 aylıq körpənin qolunu sındırması ilə də bitməyib. Ata uşağın qolunu sındırdıqdan sonra ağrıdan ağlayan körpəni otağa bağlayıb. Bunun qarşısını almağa çalışan həyat yoldaşını da döyüb.
2 gün körpəni xəstəxanaya aparmağa icazə verməyən ata daha sonra evdən qaçıb. Uşağın anası isə dərhal körpəni xəstəxanaya aparıb. Körpənin qolunun kəsildiyi, cani atanın isə polis tərəfindən hər yerdə axtarıldığı öyrənilib.
Medianews.az