“Ürək qan dövranının pozulması nəticəsində tam qidalana bilmir və nəticədə ürəyin işemik xəstəlikləri yaranır”
Bu sözləri Medianews.az-a açıqlamasında kordioloq Firuddin Qurbanov bildirib.
Onun sözlərinə görə insanlar öz xəstəliklərini hər zaman gecikdirirlər, ciddi qəbul etmirlər və hər bir insan ümumi müayinədən keçməlidir:
“Ürəyi qidalandıran tac damarların hər hansı bir daralma və ya onun daxili qişasının tamlığının pozulması nəticəsində ürəkdəki qan dövranının pozulması halı baş verir.
Ürək qan dövranının pozulması nəticəsində tam qidalana bilmir və nəticədə ürəyin işemik xəstəlikləri yaranır.
Son dövrlərdə ürəyin işemik xəstəliklərinin qəfləti ürək tutması nəticəsində ölümlərin sayının artma səbəbi onunla izah olunur ki, ümumdünya səhiyyə təşkilatı və Amerika ürək cəmiyyəti qısa zaman ərzində olan araşdırmalarında qeydə alıb ki, 2-3 ildə bütün dünyada yayılan pandemiya nəticəsində ürək xəstəlikləri daha geniş vüsət alıb. Covid 19 virusu damarı daxili qişalarından zədələyir, mikro tronblar, emboliyyalar yaradır. Daxili qişanın zədələnməsi, mikroemboliyyaların yaranması, nəticəsində
Ürək damarlarının daxili qişası pozulur.
Ümumiyyətlə ürək xəstəliklərinin beş risk faktorları var – (nikotin )siqaret çəkmək, ailəvi irsi faktorlar, qan yağlarının miqdarının artıq olması, artıq çəki,
yüksək təzyiq, şəkərli diabetin olmasını göstərə bilərik.
Ailəvi risq faktorundan başqa digər dördü insan həyat stilini dəyişərək müdaxilə edib, onları normaya sala bilər və nikotindən imtina edərək bu risq faktorunu tam azaltmaq mümkündür.
Təəssüflər olsun ki, indi texnologiya dövrü olduğu üçün, insanların hərəkətliliyi azalır və artıq çəkinin yaranması, yüksək stress nəticəsində ürək xəstəliklərinin riski faktoruna birbaşa təsir edir.
Qaldı ki, qəfləti ürək ölümlərinin artmasına düşünürəm ki, bizim kimi üçüncü dünya ölkələrində də ürək tutması nəticəsində insanların dünyasını dəyişməsinin səbəbi vaxtında həkimə müraciət etməməkdir.
İnsanlar öz xəstəliklərini hər zaman gecikdirirlər, ciddi qəbul etmirlər. Hər bir insan ümumi müayinədən keçməlidir, lakin insanlar bu müayinələri vaxtında etmədikləri üçün, xəstəliklərindən xəbərdar olmurlar. Bəlli bir yaş üzərində ürək risk faktorlarına meyilli olan insanlar düzənli kordioloji çekabdan keçməlidirlər.
Bunların hamısını nəzərə alaraq onu qeyd etmək lazımdır ki, burada həyat stilindən başqa, konservativ maddələrdir, qidalardır, karbohidratların qəbulu, şəkəri çox olan qidaları ürək xəstəliklərinin yüksək çəkinin nəticəsində qan yağlarının miqdarının normalarının pozulması nəticəsində ürək işemik xəstəliklərini artırır”
Medianews.az
Ayşən Azadova