Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında mövcud məlumatlar əsasında taxıl sazişinin 18 noyabra qədər uzadılmasına qərar verəcəklərini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Zaxarova taxıl sazişinin uzadılması ilə bağlı qərarın noyabrın 18-dək veriləcəyini açıqlayıb.
Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında aktual mövzularla bağlı açıqlamalar verib.
Ukraynadan taxıl ixracı ilə bağlı bağlanan müqaviləyə toxunan Zaxarova bu müqavilənin Rusiya taxılının və gübrələrin daşınması ilə bağlı hissəsinin yerinə yetirilmədiyinə diqqət çəkib. “Bu məsələ ilə bağlı nəticəni görə bilmirik. Bu, reallıqdır. Bu vəziyyət bizə uyğun deyil. Biz bunu bütün səviyyələrdə ifadə etmişik. Razılaşma paket şəklində edilib və bütün hissələrin həyata keçirilməsi lazımdır.” deyə Zaxarova qeyd edib.
“Burada söhbət Rusiya ərzaq və gübrələrdən gedir ki, biz onları razılığa əsasən ehtiyacı olan ölkələrə tədarük etməkdən məmnun olarıq. Müəyyən banklardakı hesablar bağlanıb və ona görə də ödənilə bilmir. Bu, Qərbin sanksiyaları səbəbindən baş verib. Ödəniş edilmiş olsaydı, məhsulları göndərə bilərdik, amma bu baş vermir.” deyə açıqlama gətirib.
Taxıl müqaviləsi müddətinin noyabrda bitəcəyinə işarə edən Zaxarova, “18 Noyabr tarixinə qədər mövcud olan məlumatlara əsasən bu mövzuda qərar verəcəyik” fadəsini işlədib.
Nəzrin Vüsal
Medianews.az