Rusiya prezidenti Putinin göstərişi ilə dünən başlanan nüvə təliminə görə dünya panikadadır.
Medianews.az xəbər verir ki, Moskva rəhbərliyinin Qərbə yönəlmiş bu hərəkətindən sonra açıqlamalar verən polkovnik İqor Korotçenko Rusiyanın hədəf aldığı iki ölkənin adlarını açıqlayıb.
İqor Korotçenko bu ölkələrin ABŞ və İngiltərə olduğunu və bu ölkələrin nüvə hücumu ilə xəritədən silinəcəyini bildirib.
Rusiya dövlət mediasına danışan rus polkovnik bu ifadələri işlədib: “Rusiyaya ilk nüvə hücumunu kim edə bilər? ABŞ və İngiltərə. Makronun bu macəraya qatılacaq biri olub-olmadığını bilmirəm. Biz əsl düşmənlərimizin kim olduğunu və onları nələrin gözlədiyini göstərəcəyik”.
“Əgər bu təlim deyil, real missiya olsaydı, Britaniya Atlantik okeanının altında qalardı və ABŞ-ın əvəzinə İosif Stalinin adına yeni dəniz boğazı olardı”, deyə Korotçenko bildirib.
Medianews.az