İstanbulda 3 ayrı adamın çantalarını oğurladığı bildirilən şübhəlidən biri polisdən qaçarkən quyuya düşüb.
Medianews.az xəbər verir ki, şübhəli şəxs yanğınsöndürənlərin köməkliyi ilə quyudan çıxarılıb və nəzarətə götürülüb.
Polisdən dəqiqələrlə qaçan 20 yaşlı Ömər Faruk Y. tikinti sahəsindən keçərkən 5-6 metr dərinliyindəki quyuya düşüb. Şübhəlinin yıxıldığını görən polis digərlərini təqib etməyi dayandırıb və yıxılan şəxsin köməyinə gedib.
İçində su olan quyuda səsini eşitdirməyə çalışan gənc polisi görüncə kömək istəyib. Polis şübhəlini quyudan xilas etmək üçün əvvəlcə quyuya kəndir uzatsa da, Ömər Faruk Y. kəndirdən yapışa bilməyib. Hadisə yerinə gələn yanğınsöndürənlər quyuya enərək şübhəli Ömər Faruk Y-ni çıxarıb.
Polis tərəfindən saxlanılan Ömər Faruk Y. ifadəsində oğurluğu Azad E. və Özgür C. ilə birlikdə etdiyini və oğurlanan telefonu harada satdıqlarını etiraf edib. Hadisə baş verən gün şübhəlilərin oğurladıqları Ayşe B.-yə məxsus çanta boş ərazidə tapılıb. Qaçan şübhəlilər Azad E. və Özgür C.-nin tutulması istiqamətində işlər davam etdirilir.
Medianews.az