Polşa Senatı Rusiya administrasiyasının “terrorçu rejim” kimi tanınmasını ehtiva edən qətnamə qəbul edib.
Polşa Parlamentin yuxarı palatasını təşkil edən Senat axşam saatlarında keçirilən iclasında Rusiya administrasiyasının “terrorçu rejim” kimi tanınmasını ehtiva edən qətnaməyə səs verib. Qətnamə 100 nəfərlik Senatda iclasda iştirak edən 85 senatorun “hə” səsi ilə təsdiqlənib. Fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı amansız müharibəyə başlayıb və müharibənin məqsədi suveren ölkəni xəritədən silmək və Ukrayna millətini məhv etmək olub: “Rusiya quldurları uniforma geyinmiş hərbi əsirləri və dinc əhalini işgəncələrlə qətlə yetiriblər. Onlar ukraynalı uşaqları rejimin əsgəri etmək üçün qaçırır, Ukrayna vətəndaşlarını zorla Rusiyanın ucqar bölgələrinə köçürürlər”, – bəyanatda deyilir. Beynəlxalq ictimaiyyət həmçinin Ukraynaya və ukraynalılara qarşı cinayətlərə görə məsuliyyət daşıyanların Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılması ideyasını dəstəkləməyə çağırılıb.
Ukrayna prezidenti Vladimir Zelenski qərardan sonra verdiyi açıqlamada Rusiyaya “terrorçu dövlət” olaraq təzyiqlərin hər gün artırılmalı olduğunu, bunun fərqində olan və buna zəmanət verən liderlərə və siyasətçilərə minnətdar olduğunu bildirib: “Mən Qərarına görə Polşa Senatına təşəkkür edirəm”.
Digər tərəfdən, Litva, Latviya və Estoniya parlamentləri daha əvvəl Rusiyanı terrorçu rejim elan etmişdi.
Nəzrin Vüsal
Medianews.az