Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərinin davamlı inkişafına yönəlik strategiya həyata keçirməkdədir.
Medianews.az Fərmanın mətnini təqdim edir.
Əhməd İsmayılov: “2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamış və bununla damedia sahəsində köklü dəyişikliklərin yeni mərhələsi başlanmışdır. Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərinin davamlı inkişafına yönəlik strategiya həyata keçirməkdədir. Agentlik fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır, bu məqsədlə müvafiq təhlil və araşdırmalar aparır, həmçinin beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görür”.
Medianews.az