Türkiyədə Gökhan B. adlı şəxs binanın liftinin qarşısında yanında olan qadını döyüb.
Medianews.az xəbər verir ki, görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.
Hadisə zamanı döyülən qadının şikayət etmədiyi öyrənilib.
İstanbulda axşam saatlarında Gökhan B. yaşadığı mənzildə xarici vətəndaş olan Sebahat O. ilə spirtli içki qəbul edib. Gökhan B. ilə mənzildən çıxaraq liftə minən Sebahat O. liftdə huşunu itirib.
Lift birinci mərtəbəyə çatanda huşunu itirmiş qadını ayağa qaldırmaq istəyən Gökhan B. buna nail ola bilməyib, qadını təpiklə vurub. Gökhan B. qadını yerdə sürüyərək yenidən liftə mindirib, daha sonra avtodayanacağa enərək qadını maşınına mindirib və hadisə yerini tərk edib.
Döyülən qadının şikayətçi olmadığı öyrənilərkən, dəhşətli döyülmə hadisəsi təhlükəsizlik kameralarına əks olunub. Sosial şəbəkələrdə paylaşılan görüntülər reaksiyaya səbəb olub.
Medianews.az