“Toydasansa, artıq gərək DJ kriteriyalarını kənara atasan. Çünki toyda ən azı 200-250 nəfərlik insan qarşısına çıxıram. Orada müəyyən performans göstərirəmsə, artıq siz mən istədiyimi oynayacaqsınız deyə bir şey yoxdur. Siz nə istəyirsinizsə, mən onu etməliyəm. Toy sahibi sənə bu qədər pul verib, gətirib ki, insanları əyləndirəsən”.
Medianews.az xəbər verir ki, bu sözləri DJ Roshka (Rövşən Həsənov) “Səhərin səs”i verilişinə qonaq olarkən deyib.
O, bir zamanlar həmkarı DJ China (Çingiz Mustafayev) ilə aralarında yaşanan qalmaqalların heç kəsə bilinməyən detallarından danışıb. Roshka Çingizin 3-4 adamla birlikdə onu hədələdiyini deyib:
“Baxdım ki, gəlir, yanında da 3-4 nəfər var. Bu adamları niyə gətirmisən? Sən mənimlə söhbət etmək istəyirsənsə, gedək iki kişi kimi danışaq”.
Ətraflı videoda: