“Ermənistanın hazırkı hakimiyyəti ölkə daxilində “qara” və “ağ” istiqamətləri müəyyən etdikdən sonra bu təcrübəni xarici siyasətə, beynəlxalq münasibətlərə şamil edir”.
Medianews.az xəbər verir ki, bu fikirləri politoloq Stepan Danielyan deyib. Onun sözlərinə görə, bu qlobal “qara” və “ağ” bölgüsünə düşməmək üçün siyasətimiz hər hansı bir şəkildə yönəldilməli idi: “Lakin mövcud hökumət bizi bu ayrılığın mərkəzinə gətirmək üçün hər şeyi etdi.
Onlar Ermənistan cəmiyyətini “qaralar” və “ağlar”a bölməklə, onu parçalamaqla və xaos yaratmaqla artıq nüfuzlu insanları beynəlxalq müstəvidə iki yerə bölüb. Cəmiyyətdə milli məsələlərdə olduğu kimi xarici maraqların qorunması məsələsində də fikir ayrılığı yaranıb. İnanılmaz şeylər baş verir. Artıq Ermənistanın İctimai televiziyanın efirində Türkiyə və Azərbaycan açıq şəkildə “ağ” elan olunur. Tezliklə İran “qara” elan olunacaq.
Biz bunun Ukraynada nəyə gətirib çıxardığını, vaxtilə Gürcüstanla nə baş verdiyini gördük.
İstənilən ölkə beynəlxalq münasibətlərdə belə bölünmədən çəkinməlidir. Ermənistanın geosiyasi mövqeyinin və qarşıdurma resurslarının olmamasını nəzərə alsaq, bunun faciəli sonu ola bilər”.
Zəfər