Bu gün Əməkdar artist Dilarə Əliyevanın 50 yaşı tamam olur.
Aparıcı, aktrisa kimi sevilən Dilarə Əliyeva Medianews.az-a açıqlamasında yubileyini dostları ilə qeyd edəcəyini bildirdi:
“50 yaş insan ömrünün gözəl dövrüdür. Bu yaşda arzular bitmir, tükənmir. İnsan yeni obrazlar canlandırmaq, yenilənmək, maraqlı layihələr görmək istəyir.
Mən isə tamaşaçıları hər zaman təəccübləndirmək istəmişəm. Bundan sonra da arzum yalnız budur. Allahdan sağlam can, uzun ömür istəyirəm. Gözəl komanda ilə davam etmək, sizlərin görüşünə maraqlı layihələrlə gəlməyi diləyirəm”.
Medianews.az