Türkiyədə 15 yaşlı lisey şagirdi səhər saatlarında inək sağmağa getdiyi tövlədə həyatını itirib.
Medianews.az xəbər verir ki, sözügedən hadisə Türkiyənin Adana şəhərində baş verib.
İddiaya görə, 15 yaşlı Nursel Momyak saat 06.30 radələrində Yüreğir rayonunun Güzel Cümhuriyyət Məhəlləsində bir evdə baş verən hadisədə bacısı Perinaz İpek ilə birlikdə tövləyə süd sağmağa gedib. Qaranlıq olduğundan bacısı Nurseldən işığı yandırmağı xahiş edib. İşığı yandırmaq istəyən gənc qızı tok vuraraq öldürüb.
Xəstəxanaya aparılan Nursel Momyakı həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Medianews.az