Türk müdafiə sənayesi daxilində inkişaf etdirilən ağır dərəcəli pilotsuz quru vasitəsi “KAPGAN” ilk dəfə “SAHA Expo” sərgisində nümayiş etdirilib.
Medianews.az xəbər verir ki, yerli və orijinal proqram təminatı və modul arxitekturası sayəsində KAPGAN həm də bir çox ehtiyaclar üçün müxtəlif ölçü və tiplərdə müxtəlif tapşırıqları yerinə yetirmək üçün əməliyyat konfiqurasiya imkanına sahib olacaq.
“HAVELSAN” tərəfindən hazırlanan ağır dərəcəli pilotsuz quru vasitəsi “KAPGAN” ilk dəfə Saha İstanbul tərəfindən təşkil edilən Beynəlxalq Müdafiə, Aerokosmik və Kosmik Sənaye Sərgisi, Saha EXPO 2022-də nümayiş etdirilib. “KAPGAN” 30×113 mm silah sistemi ilə seçilir. Quru və hava hədəflərinə qarşı zirehli deşici xüsusiyyətlərə malik olan bu silah sistemi 2 km təsirli mənzilə sahib olacaq. Silah sistemi ilə birlikdə çəkisi 2 tona çatacaq “KAPGAN”a müxtəlif tip və kalibrli silah sistemləri də inteqrasiya oluna bilər.
Medianews.az