“Heç bir zəmanət və real gözləntilər olmadan Qərbin qucağına qaçmaq Ermənistan üçün dağıdıcı ola bilər”.
Medianews.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin sabiq spikeri Tiqran Torosyan deyib.
Onun sözlərinə görə, xarici siyasət kursunu dəyişdirməyi israr israr edən qüvvələr real alternativləri və onun yolları, kurs dəyişikliyinin hədəflərini təqdim etməlidirlər: “Əks halda ölkəni Ukrayna ssenarisi ilə üzləşə bilər.
İrəvanla Bakı arasında münasibətlərin nizamlanması üzrə Avropa təşəbbüsü perspektivsizdir. Çünki hansısa beynəlxalq qurum və ya ölkə məsuliyyəti tam üzərinə götürməlidir, əks halda nəticəsi olmayacaq”.
“Praqa bəyanatının yeganə nəticəsi Avorpa İttifaqının mülkü missiyasının gəlməsidir. Amma nə edəcəkləri bilinmir. Bu missiyanın da statusu yoxdur. Buna görə də bu missiya prosesə real təsir göstərə bilməz”, – Torosyan qeyd edib.
O əlavə edib ki, Qərb Rusiyanı bu prosesdən kənarlaşdırmağa çalışır. Amma ortada noyabrın 9-da imzalanmış üçtərəfli bəyanat var.
“Təəssüf edirəm ki, Ermənistan xarici siyasətini bəyanatlar səviyyəsində aparan ölkəyə çevrilib”, – deyə sabiq spiker bildirib.
Zəfər
Medianews.az