İngiltərənin yeni baş naziri Hindistan əsilli Rişi Sunakın illər əvvəl İbizada çəkilmiş görüntüləri yenidən gündəm olub.
Medianews.az xəbər verir ki, Sunakın baş nazir kürsüsünə oturması ilə təkrar yayımlanan videoda onun musiqinin ritmində çılğın şəkildə rəqs etdiyi görünür.
Görüntüləri paylaşan bir çox britaniyalı yeni baş nazirin rəqsini ələ salıb. Lakin videodakı şəxsin kimliyi məlum deyil. Əksər insanlar onun Rişi Sunak olmadığını iddia edir.
Qeyd edək ki, Böyük Britaniyada 44 gün sonra baş nazir postundan istefa verən Liz Trussun yerinə keçmiş maliyyə naziri Rişi Sunak gətirilib. Sunak dünən vəzifəsinə başlayarkən yeni baş nazirin illər əvvəl çəkilmiş görüntüləri yenidən gündəmə gəlib.
Dəbdəbəli həyat tərzi ilə ölkədə tənqid hədəfinə çevrilən Sunakın İspaniyanın turizm cənnəti İbizada rəqs edərkən çəkilən videosu da sosial mediada yenidən gündəm olub.
Medianews.az