Mardində yaşayan Sezgin Oral lazımi icazələri aldıqdan sonra evinin altında əqrəb ferması yaradıb və bölgədə çox rast gəlinən qara əqrəb adlandırılan ‘Androctonus Crassicauda’ əqrəbini yetişdirməyə başlayıb.
Medianews.az xəbər verir ki, hazırda əlində 225 əqrəb olan Sezgin Oral onların çoxalmasını təmin etməklə yanaşı, onlardan əldə etdiyi zəhəri mənfi 86 dərəcədə saxlayıb müəyyən dövrlərdə əczaçılıq və kosmetika firmalarına göndərir.
Sezgin Oral əqrəb zəhərinin qramı 10 min dollara satılır.
Mardinin Ömərli rayonunun Kaynarkaya kəndində yaşayan 51 yaşlı Sezgin Oral bir müddət əvvəl Kənd Təsərrüfatı və Meşə Nazirliyindən lazımi icazələr aldıqdan sonra evinin altındakı 150 kvadratmetr sahədə xüsusi qutularda əqrəb yetişdirməyə başlayıb. Min əqrəbdən cəmi 3 qram zəhər alına biləcəyini deyən Oral, 3 il ərzində əqrəblərin sayını 225-dən 50 minə çatdırmağı hədəfləyir.
Medianews.az