“Ermənistanla Rusiya arasında gərginlik artıq ictimai xarakter alıb, bu da Ermənistanla İran arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər”.
Medianews.az xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan bildirib.
Onun sözlərinə görə, bu, yalnız “gərginliklə” bitə bilməz.
“Tutaq ki, bir neçə gündən sonra ABŞ-da keçirilən seçkilərdə Respublikaçılar partiyası Konqresin yuxarı və aşağı palatalarına nəzarət etməyə başlayacaqlar. Nəticədə prezidentin təsir imkanları iflic olacaq. Sonra Ukraynaya yardım xərclərinin qanuniliyini araşdırmağa başlayacaqlar, ya da deyək ki, Baydenin impiçmenti başlanacaq və ABŞ ölkədaxili problemlərə qərq olacaq. Ermənistandakı mövcud rejimi kim müdafiə edəcək və bölgəmizdə nələr baş verə bilər?”
Zəfər
Medianews.az