Ermənistan Baş Prokurorluğu separatçı “Qarabağ rejimi”nin “müdafiə naziri”nin müavini Qarri Səfəryanı və həyat yoldaşı Rita Bağdasaryanı ifadə vermələri üçün dəvət edib.
Medianews.az xəbər verir ki, dindirilmə onların qanunsuz sərvətə malik olmaları iddiası ilə bağlıdır.
Baş Prokurorluq tərəfindən hazırda R.Bağdasaryanın qeyri-qanuni yolla sərvətə malik olması ilə bağlı araşdırmalar aparılır. İttiham olunan tərəf bildiriş aldıqdan sonra bir ay ərzində Baş Prokurorluğa gəlməli və öz bəyannaməsini təqdim etməlidir.
Zəfər
Medianews.az