İraq və Suriyada qan tökən terror təşkilatı İŞİD-in “qara cadugəri” kimi qələmə verilən ABŞ əsilli Allison Fluke-Ekrenin əsirlərə işgəncə verməsinin təfərrüatları açıqlanıb.
Medianews.az xəbər verir ki, işgəncəyə məruz qalanlar “qara cadugər”in gənc qızları döyməkdən zövq aldığını bildiriblər.
İŞİD-in ABŞ əsilli batalyon rəhbəri Allison Fluke-Ekren əlindəki əsirlərə işdəncə verməsi dünya mətbuatında da geniş müzaklirələr yol açıb. ABŞ və İngiltərə mətbuatında yer alan xəbərə görə, qadının xüsusilə gənc qızlara qarşı zorakılıq etməykdən zöv alıdığı bildirilib. Əsirlikdən sağ çıxan gənc qızlar döyüldükdən sonra yaşadıqları dəhşəti danışıblar.
Hazırda terror təşkilatına yardım etdiyi üçün mühakimə olunan Allison Fluke-Ekrenin 100 qadından ibarət məhbus qrupuna baxdığı və bu qrupa çox ciddi işgəncələr verdiyi müəyyən edilib. Qadının 10 yaşlı uşaqlara qumbara atmağı öyrətməsi ilə bağlı məlumatlar da insanları şoka salıb.
Medianews.az