Ankarada mühafizəçi Bülent U. boşanma prosesində olan həyat yoldaşı Tuğba U.-ya tapança ilə küçənin ortasında atəş açaraq yaralayıb.
Medianews.az xəbər verir ki, hadisə yerindən qaçan zaman kameralara düşən Bülent U. daha sonra yaxalanaraq nəzarətə götürülüb.
Bülent U. dünən həyat yoldaşı ilə danışmaq üçün görüşüb. Cütlük arasında mübahisə yaranıb. Bülent U. mübahisə zamanı silahını çıxararaq küçənin ortasında arvadının ayaqlarına 3 dəfə atəş açıb. Tuğba U. qan içində yerə yıxılarkən, Bülent U. qaçıb. Bülent U.-nun hadisə yerindən qaçması ətrafdakılar tərəfindən cib telefonunun kamerası ilə anbaan lentə alınıb.
Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu polis və sağlamlıq qrupu göndərilib. Tuğba U. hadisə yerində edilən ilk müdaxilənin ardından təcili yardımla Ankara Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Tuğba U.-nun həyatı üçün təhlükə olmadığı bildirilib.
Polisin gördüyü işlər nəticəsində şübhəli Bülent U. saxlanılıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Medianews.az