ABŞ Ukraynaya “HAWK” zenit raket kompleksini vermək niyyətindədir.
Medianews.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
“ABŞ Rusiyanın qanadlı raketləri və dronlarından qorunmaq üçün Ukraynaya “HAWK” komplekslərinin verilməsi məsələsinə baxır”, – məlumatda qeyd olunub.
Veriləcək sistemlərin sayı barədə məlumat açıqlanmayıb. Ağ Ev də bu məlumatı açıqlamaqdan imtina edib.