Uqandada ebola epidemiyasının nəzarətdən çıxması ilə bağlı qorxular var. Ölkədə yoluxanların sayı 75-ə yüksəlib.
Xəstələrin göndərildiyi Uqandanın paytaxtı Kampala şəhərindəki Mulaqo xəstəxanasında daha 9 nəfər Ebola virusu üçün müsbət nəticə verib.
Bununla da xəstəxananın karantin bölməsində müsbət halların sayı 14-ə yüksəlib.
Səhiyyə Naziri Dr. Jane Ruth Aceng, 9 müsbət hadisənin Mulaqo xəstəxanasında yaxınlarda vəfat edən bir insanın təmasları olduğunu söylədi.
Bu insanların hamısı Eboladan ən çox zərər görən Kassanda bölgəsindəndir və doqquz nəfərdən yeddisi bir ailədəndir.
Digərləri isə tibb işçisi və onun həyat yoldaşıdır.
Rəsmi məlumatlara görə, indiyədək ölkədə Eboladan 28 nəfər ölüb. Ancaq bu rəqəm əslində daha çox ola bilər.
Nəzrin Vüsal
Medianews.az