Türk lirəsini tualetə atdığı anları sosial media hesabında paylaşdığı üçün “dövlətin suverenliyinin nişanələrini təhqir etmək” ittihamı ilə saxlanılan Mika Can Rau ifadəsi alındıqdan sonra ədliyyəyə aparılıb.
Medianews.az xəbər verir ki, Qısa müddətdə cinsiyyət dəyişdirmə prosesi ilə tanınan sosial media fenomeni Mika Can Raun kimi tanınan Mikayıl Can Kurnaz bu yaxınlarda yayımladığı videoda tualetə 100 türk lirəsi (TL) atıb.d
Mikail Can Raun, reaksiyalar üzərinə “Gözəl ölkəmin kanalizasiyası üçün 100 TL qazandırdım, bu cinayətdirmi?” deyə özünü müdafiə edib.
Mikayıl Can Raun son videosundan sonra İstanbul Polis İdarəsi Təhlükəsizlik Şöbəsi və Kiber Cinayətlərlə Mübarizə Şöbəsi qruplarının əməliyyatı nəticəsində saxlanılıb. Türk lirəsini təhqir etdiyi səbəbilə nəzarətə alınan Mika Can Raun, verdiyi ifadədən sonra məhkəməyə aparılıb.
Medianews.az