“Nikolizm apologetləri ölkənin təslim edilməsi ilə paralel olaraq mütləq suverenlik tezisini yayırlar”.
Medianews.az xəbər verir ki, bu fikirləri Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov sosial şəbəkə hesabında yazıb.
“Siz harada, suverenlik harada. Ermənistanın suverenliyini qurban verilib. Şübhəsiz ki, müstəqillik və suverenlik vacib və prioritet dəyərlərdir, lakin bir arzu yetərli deyil.
Öz sərhədlərini müdafiə edə bilmədiyin halda, suverenlikdən necə danışa bilərsən? Əgər geosiyasi statusun türklərin əlindəki futbol topundan daha balacadırsa, suverenlikdən danışa bilməzsən.
Fövqəl təşkilatlarda üzvlüyümüzə, müstəqilliyimizə məhdudiyyət varmı? Əgər belədirsə, biz AŞPA, MDB və ya Avasiya İttifaqında nə edirik? Biz erməniləri rusların ümidinə buraxmışıq, budur suverenlik?
Özünüaldatma ən pis şeydir. Təəssüflər olsun ki, Ermənistan nihilizm dövründə suverenlikdən məhrum oldu”.
E.Şarmazanov vurğulayıb ki, suverenliyin bərpası nikolizmin aradan qaldırılmasından, milli hakimiyyətin formalaşdırılmasından və real Ermənistan-Rusiya ittifaqının bağlanmasından başlaya bilər.
Zəfər