“Ermənistanın baş naziri Nikol Paşinyan öz şəxsi mənafelərindən çıxış edir. O öz vəzifəsində qalmaqla bağlı Rusiya ilə razlığa gələ bilmir, buna görə də Paşinyan ölkənin xarici siyasətini tamamilə dəyişməyə çalışır”.
Medianews.az xəbər verir ki, bu barədə erməni mətbuatına aşıqlamasında politoloq Beniamin Matevosyan bildirib.
Onun fikrincə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunda gözlənilən görüşündən sonra Brüsseldə yeni görüş keçirilə bilər: “Onu qeyd edim ki, Ermənistan tərəfi sosial şəbəkədə dərc edilən sənədi təkzib etmədiyinə görə, belə anlaşılır ki, hansısa nəticəyə rəğmən sülh razılaşması imzalanacaq”.
O hesab edir ki, Ermənistan hakimiyyətinin “Qarabağı” bir imza ilə Azərbaycana tam təhvil verməyə çalışacaq.
“Qərbin vasitəçiliyi ilə Erməni tərəfinin imzalamağa hazırlaşdığı sənəd nə “Qarabağ erməniləri”nə, nə də Ermənistan üçün təhlükəsizliyə zəmanət vermir. Biz sənədin imzalanmasından sonra yeni müharibənin olmaq ehtimalı var”, – deyə ekspert əlavə edib.
Politoloq qeyd edib ki, Ermənistan nəinki xarici siyasət istiqamətini dəyişir, həm də noyabrın 9-da üçtərəfli bəyanatın tələblərindən imtina etməyə çalışır: “Sülh müqaviləsi haqqında sənəd sosial şəbəkədə yayıldıqdan sonra Ermənistanın baş nazirinin ailəsinə məxsus KİV-də Rusiya Ermənistanın düşməni elan edilib. Guya ki, bütün problemlər Rusiya faktoru ilə bağlıdır”.
“Ermənistan rəhbəri yaxşı bilir ki, dəhlizlə əlaqədar yaranmış problemlərin bir hissəsi onun şəxsiyyəti ilə bağlıdır. Məhz buna görə də Rusiya tərəfi üçtərəfli bəyanatdakı bəndlərin hər birinin yerinə yetirilməsinə, yəni yolun Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında qalmasına”, – deyə politoloq vurğulayıb.
Zəfər