Bu gün 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev Tovuz rayonun Çeşməli kəndində şəhid Hüseynov Səddam Rafiq oğlunun və Tovuz rayonunun Alakol kəndində şəhid Məmmədzadə Ülvi Məzahir oğlunun 40 mərasimlərində iştirak edib.
Şəhidlərin ailəsi və yaxınlarına başsağlığı diləklərini çatdıran millət vəkili, onların qayğı və problemləri ilə maraqlanıb, dövlətimizin daim onların yanında olduğunu vurğulayaraq, cənab prezident İlham Əliyev və eyni zamanda birinci vitse- prezident Mehriban Əliyeva tərəfindən müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə daim yüksək qayğı göstərildiyini qeyd edib.
Qeyd edək ki, Hüseynov Səddam Rafiq oğlu və Məmmədzadə Ülvi Məzahir oğlu 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş genişmiqyaslı təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olublar.