Myanmanın Kaçin əyalətində separatçı Kaçin Müstəqillik Ordusunun (KİA) 62-ci ildönümü münasibətilə təşkil edilən konsertə ordunun təşkil etdiyi hava zərbəsi nəticəsində azı 50 nəfərin öldüyü, 100-ə yaxın insanın yaralandığı bildirilib.
Myanmada 2021-ci il fevralın 1-də baş verən hərbi çevrilişdən sonra hakimiyyəti ələ keçirən xunta Kaçin əyalətindəki konsert məkanına hava zərbəsi endirib. Kansi bölgəsində separatçı Kaçin Müstəqillik Ordusunun (KİA) qurulmasının 62-ci ildönümü münasibətilə təşkil edilən konserti hədəf alan hücumda 2 hərbi təyyarənin hücuma məruz qaldığı bildirilib.
KİA-nın sözçüsü polkovnik Naw Bu verdiyi açıqlamada hücumda ən azı 50 nəfərin öldüyünü, 100-ə yaxın insanın yaralandığını bildirib.
Hadisə şahidləri bölgə əhalisinin heç bir şəkildə xəbərdar edilmədiyini, yerli vaxtla saat 20:30 radələrində 3 böyük partlayışın baş verdiyini bildiriblər. Şahidlər həmçinin iddia ediblər ki, hərbçilər təcili yardım işçilərinin yaralıları Hpakant şəhərindəki xəstəxanaya çatdırmaq cəhdinin qarşısını alıblar.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Myanma ofisindən verilən açıqlamada hava hücumundan “dərin narahat və kədərləndikləri” ifadə edilərək, təhlükəsizlik qüvvələrinin silahsız mülki şəxslərə qarşı həddindən artıq və qeyri-mütənasib güc tətbiqinin qəbuledilməz olduğu vurğulanıb.
Amnesty İnternational-dan Hana Young deyib: “Hərbçilər müxaliflərə qarşı artan hücumlarında mülki insanların həyatına qarşı qəddar biganəlik nümayiş etdiriblər. Hərbçilərin hücumun bu bölgəsində əhəmiyyətli mülki varlığından xəbərsiz olduğuna inanmaq çətindir. Hərbçilər dərhal bu hava hücumlarından zərər çəkənlərə və ehtiyacı olan digər mülki şəxslərə sağlamlıq və humanitar yardım almaq imkanı verməlidirlər.”
Nəzrin Vüsal
Medianews.az