Liz Trussun istefasından sonra hakim Mühafizəkarlar Partiyası daxilində başlayan liderlik yarışında qalib gələn Hindistan əsilli Rişi Sunak ölkənin etnik azlıqdan olan ilk baş naziri olub.
Medianews.az xəbər verir ki, Böyük Britaniyada keçmiş maliyyə naziri Sunak və oktyabrın 20-də partiya rəhbərliyindən istefa verən Trussun yerinə mübarizə aparan Mühafizəkarlar Partiyasının Parlament Qrupunun sədri Penni Mordaunt arasında liderlik yarışında Sunak qalib gəlib.
Rəqibi Mordount son anda liderlik yarışından geri çəkildiyini və Sunakı tam dəstəklədiyini açıqladı.
Beləliklə, partiyanın yeganə namizədi Rişi Sunak birbaşa partiyanın yeni lideri və eyni zamanda ölkənin yeni baş naziri oldu.
Baş nazirin 10 nömrəli iqamətgahının yeni sakini Sunak ölkənin etnik azlıqdan olan ilk baş naziri kimi tarixə düşüb.
Namizədlik prosesində ölkə ilə partiyanın birliyə ehtiyacı olduğunu deyən Sunak, rəhbərliyi ilə buna nail ola biləcəyini müdafiə edir.
Yusif Ziya