Rusiya-Ukrayna müharibəsindən sonra Qərb dövlətlərinin Moskvaya tətbiq etdiyi sanksiyaları enerji qiymətlərinin artımına gətirib çıxarıb.
Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, xüsusilə Almaniyada məhsulların qiymətlərinə təsir göstərib. Avropanın ən böyük iqtisadiyyatına malik olan Almaniyada istehlak edilən məşhur yeməklər sırasında olan dönerin də qiyməti bahalaşıb.
Baş nazir Olaf Şolts xidməti avtomobilinə minməyə hazırlaşarkən vətəndaşların dönərin qiyməti ilə bağlı tənqidi ilə üzləşib. Almaniya vətəndaşından biri qışqıraraq “Dönər kabab 8 avrodur! Dönər üçün 8 avro ödəyirəm” deyib. Həmin şəxs qiymətlərin azaldılması üçün Rusiya Prezidenti Vladimir Putinlə müzakirənin aparılmasını lazım bilib: “Putinlə danışın. Dönər üçün 4 avro ödəmək istəyirəm. Xahiş edirəm!”
Həmin şəxsin dediklərini dinləyən Olaf Şolts gülümsəyərək öz avtomobilinə minib. Bu anlar videogörüntülərdə öz əksini tapıb.
Zəfər
Medianews.az