İstanbulun Küçükçekmece qəsəbəsindəki Sefaköy kampusunda yerləşən Arel Universitetinin binasında yanındakı tikintinin istinad divarının uçması nəticəsində çökmə baş verib. Küçükçekmece Respublika Prokurorluğu hadisə ilə bağlı istintaq başladıb.
Universitet binası və ətrafdakı binalar ehtiyat tədbiri olaraq boşaldılıb.
Xəbərdarlıq üzərinə polis, xilasetmə və AFAD qrupu sövq edilib.
Təxliyə edilən binalardakı 128 ev təsərrüfatlarında yaşayanlar və yataqxanada qalan 71 tələbə Küçükçekmecedəki otel və qonaq evlərinə yerləşdirilib.
Binalar boşaldıldığı üçün ilkin məlumatlara görə, xəsarət alan və ya tələfat olmayıb.
Küçükçekmece İlçe Qubernatorluğundan verilən açıqlamada, “Saat 23:15 radələrində göstərilən ərazidə qazılmış svayların çökməsi nəticəsində İstanbul Arel Universiteti binasının bir hissəsi uçaraq bina yararsız hala düşüb” deyilir.
Arel Universitetinin rektoru Ercan Yegez, “Hazırda binaya giriş qadağandır. Hər cür səy göstərilir, hazırda gözləyirik” deyə açıqlama verib.
İstinad divarını doldurmaq üçün qazıntı işləri davam edərkən, universitet bir müddət distant təhsilə keçdiyini açıqlanıb.
Nəzrin Vüsal
Medianews.az