Oktyabrın 22-də Sırdərya vilayətində Özbəkistan Müdafiə Nazirliyinin anbarında baş verən partlayış nəticəsində 3700-dən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib.
Bu barədə rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Hesablamalara görə, müəyyən edilib ki, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapıları qismən zədələnib”, – məlumatda qeyd olunur.
Bildirilib ki, hadisə nəticəsində 16 nəfər xəsarət alıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Yanğın tez bir zamanda söndürülüb, vəziyyət stabilləşdirilib.(Qafqazinfo)