Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə telefonla danışıb, Ukraynadakı vəziyyəti müzakirə ediblər.
“Müdafiə idarələrinin rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə ediblər”, – məlumatda deyilir.
Həmçinin oktyabrın 23-də Şoyqu Türkiyədən və Fransadan olan həmkarları Hulusi Akar və Sebastyan Lekornu ilə telefon danışığı aparıb.
Bundan əlavə, o, Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə danışıqlar aparıb.
Şoyqu nazirlərin hər biri ilə söhbətində Kiyevin “çirkli bomba” ilə mümkün təxribatından narahatlığını vurğulayıb.
Nəzrin Vüsal
Medianews.az