Kanadanın Toronto şəhərində Billy Bishop hava limanı yaxınlığında bomba təhlükəsi səbəbindən hava limanında olan sərnişinlər təxliyə edilib və uçuşlar dayandırılıb.
Kanadanın Toronto şəhərində Billy Bishop hava limanı yaxınlığında yerləşən bərə terminalında şübhəli bağlama aşkar edildikdən sonra bomba təhlükəsi barədə məlumat verilib. Xəbərdarlıq səbəbilə hava limanında olan sərnişinlər təxliyə edilərkən, uçuşlar da dayandırılıb. Bərə terminalının yaxınlığındakı 2 bina tamamilə, bir bina isə qismən təxliyə edilib. Hadisə yerinə gələn polis qruplarının yerli vaxtla saat 16:00 radələrində xəbər aldığı və başladılan əməliyyatda 2 nəfərin nəzarətə alındığı açıqlanıb. “Biz potensial partlayıcı qurğu ilə məşğul oluruq”, – polisin bəyanatında deyilir.
Digər tərəfdən təhlükəsizlik tədbirləri səbəbilə bölgədə bir çox yollar nəqliyyata bağlanıb.
Nəzrin Vüsal
Medianews.az