Böyük Britaniyada keçmiş maliyyə naziri Rishi Sunak oktyabrın 20-də istefa verən baş nazir Liz Trussın yerinə partiya daxilində başlayan liderlik yarışına qatılacağını rəsmən açıqlayıb.
Böyük Britaniyanın keçmiş maliyyə naziri Rishi Sunak Twitter hesabından verdiyi açıqlamada Böyük Britaniyanın “dərin iqtisadi böhran”la üzləşdiyini bildirib və “Partiyamızın indi etdiyi seçim Britaniya xalqının gələcək nəslinin daha çox sahib olub-olmayacağına qərar verəcək, əvvəlkindən daha çox imkanlar var” ifadələrdən istifadə edib.
Bu səbəbdən hakim Mühafizəkarlar Partiyasının yeni lideri və eyni zamanda ölkənin Baş naziri olmaq üçün namizədliyini irəli sürdüyünü açıqlayan keçmiş maliyyə naziri Sunak, “Mən iqtisadiyyatımızı düzəltmək, partiyamızı birləşdirmək və ölkəmiz üçün bunu etmək istəyirəm” deyib.
Liz Trussun istefasından sonra partiya daxilində başlayan liderlik yarışına qatılmaq üçün bu dəfə namizədlər ilk olaraq Mühafizəkarlar Partiyasının ən azı 100 deputatının dəstəyini almalıdırlar.
Rişi Sunakın namizədliyini bəyan etməzdən əvvəl ən azı 124 deputatın dəstəyini aldığı məlum olub.
Sunak Britaniyanın keçmiş baş naziri Boris Consonun iyulun 7-də partiya liderliyindən istefa verməsindən sonra liderlik yarışına namizədliyini irəli sürmüş, lakin səsvermə nəticəsində Liz Trussa məğlub olmuşdu.
Nəzrin Vüsal
Medianews.az