İsrail polisinin mətbuat xidməti bildirib ki, Qüdsdə polis məmuru yoldan keçən şəxsə soyuq silahla hücum etməkdə şübhəli bilinən şəxsi güllələyib.
“Polisə Yerusəlimdə Bar-Lev-Şəşat-Xəyam yolunda piyadanın bıçaqlanması barədə məlumat daxil olub”, – Medianews.az xəbər verir.
Şübhəlinin yoldan keçəni bıçaqla vuraraq qaçdığı qeyd edilir.
Polis təqibə başlayıb və bu zaman şübhəli şəxs güllələnib.
Avqustun 13-də məlum olub ki, Yerusəlimdə avtobusun atəşə tutulması nəticəsində 7 nəfər yaralanıb, iki nəfərin vəziyyəti ağırdır.
Daha sonra polis Qüdsdə 7 nəfəri yaralayan bir nəfərin həbs edildiyini açıqlayıb.
Nəzrin Vüsal