Azərbaycanın Qarabağı işğaldan azad etməsindən narahat olan İran gizli gündəmini üzə çıxaran addım atıb. O, Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin yaxınlığında konsulluq açıb. Tehranın illərdir Ermənistanın işğalçılıq siyasətinə gizli dəstəyi bir daha ifşa olunub.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, azərbaycanlılara qarşı zülmə qarşı çıxmayan İran yenə də Ermənistanın yanında olduğunu nümayiş etdirib.
O, Azərbaycanı Naxçıvanla birləşdirəcək strateji Zəngəzur dəhlizinin yaxınlığında konsulluq açıb. Sözügedən addım Zəngilan Beynəlxalq Hava Limanının açılışından dərhal sonra atılıb ki, bu da Zəngəzur dəhlizinin reallaşması istiqamətində daha bir mühüm amildir.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kapan Baş Konsulluğunun açılışında yan-yana olublar. Abdullahiyanın çıxışı İranın illərdir Ermənistanın işğalçılıq siyasətinə gizli dəstək verməsini sübut edir. O bildirib ki, konsulluğun açılması İran və Ermənistan arasında münasibətlərin dərinliyini göstərir.
İran xarici işlər naziri daha irəli gedən ifadələr işlədib və “İran Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi kimi görür” deyib. Bu sözləri ilə o, Tehranın hər zaman İrəvanın yanında olmaqla öz maraqlarını müdafiə etdiyini təsdiqləyib. Bu, İranın Azərbaycanın suveren hüquqlarını heçə sayan yanaşmasını bir daha ortaya qoydu.
İran hökuməti Ermənistan Xarici İşlər Nazirliyinin 2021-ci ilin dekabrında Kapanda baş konsulluğun açılması təklifini təsdiqləyib. Kapan Ermənistanın cənubunda, İran sərhədinə yaxın ərazidə, Zəngəzur dəhlizinin layihələndirilən marşrutunun yaxınlığında yerləşir.
Ermənistanın piyadası kimi çıxış edən İranın bu addımı Azərbaycan üçün təəccüblü deyil. Çünki Tehran keçmişdən bəri eyni ikiüzlü siyasəti davam etdirir. O, üç meymunu oynayır və din qardaşlarının təqiblərinə qarşı sözdə neytrallığı müdafiə edir.
Nə Xocalı Soyqırımı, nə Ermənistan tərəfindən dağıdılan məscidlər, nə də Azərbaycan torpaqlarının işğalı İranın səbrini bu günə qədər daşırmayıb. Tehran administrasiyası bütün bunlara ancaq seyr edib. İslami dəyərlərdən dəm vuran İran müsəlmanların qanını tökən Ermənistanla yan-yana dayanıb.
“Haber Qlobal”a danışan Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev “Ermənistan regiondan kənar ölkələri bölgəyə gətirməyə çalışır” deyib.
Hacıyev deyib: “Hər bir ölkənin başqa ölkənin ərazisində diplomatik nümayəndəlik açması onun öz qərarıdır. Amma Azərbaycan barış və sülh tərəfdarıdır. Bildiyiniz kimi, Azərbaycan Ermənistana sülh sazişi təklif edib. Bölgədə sülhünpozan Ermənistandır. Bölgəni işğal edən Ermənistandır: “Çünki Azərbaycanın torpaqları işğal olunub, məscidlərimiz, İslam mədəniyyətimiz məhv edilib. Məscidlərdə donuz saxlanılıb. İşğaldan əvvəl bu torpaqlarda 67 məscidimiz var idi. Onlardan 65-i tamamilə yararsız vəziyyətə düşüb” deyə vurğulayıb.
2-ci Qarabağ müharibəsində İranın nu ikiüzlü siyasəti dəyişmədi. İran gizli şəkildə Ermənistana silah göndərib. O, İrəvanın təbliğatını da dəstəkləyib.
Hacıyev deyib: “Ermənistan regiondan kənar ölkələri bu bölgəyə gətirməyə çalışır. Azərbaycan da deyir ki, region ölkələri olaraq regionun problemlərini özümüz həll etməliyik. Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunur. Azərbaycan. Ermənistanla bölgədə nizam yaradan sülh sazişi imzalamaq istəyir” deyə bu vəziyyəti izah edib.
Nəhayətdə, Əxlaq Polisinə qarşı ümummilli etirazları dayandıra bilməyən Tehran Administrasiyası diqqəti yayındırmaq üçün güc nümayiş etdirməyə çalışdı. O, Azərbaycanın sərhəd bölgəsində hərbi təlimlər keçirdi.
Hikmət Hacıyev bununla bağlı: “Hər bir ölkə öz daxilində təlimlər keçirə bilər, lakin qarşılıqlı etimad mühitində fikir mübadiləsi aparmaq çox vacibdir” şərhini verib.
Lakin Tehran administrasiyası Azərbaycan sərhədində keçirdiyi təlimlə məqsədinə çata bilməyib. Təlim İran Ordusunun vəziyyətini üzə çıxarıb. Müasir hərbi standartlardan xeyli geri qalan texnikadan istifadə edilib. Güc nümayişinin əksinə olaraq, 1970-ci illərdən qalan bu avadanlıqların hədəflərin səhv təsbit edilməsinə ortaya çıxarıb.
İranın dini lideri Əli Xamneyi təxminən 3 ay əvvəl ölkənin gizli gündəmini üzə çıxaran təkəbbürlü bəyanatla çıxış edərək Zəngəzur dəhlizini tənqid edib və Ermənistanın yanında olduqlarını nümayiş etdirib. Azərbaycanın Qarabağda işğala əsaslanan status-kvonu pozmasından narahat olduğu üçün Cənubi Qafqazda yeni geosiyasi reallığın qarşısını almağa və gecikdirməyə çalışdıqlarıbı bildirib
Nəzrin Vüsal
Medianews.az